“Qarabağ” qolkiperi Andrey Lunyovla müqavilə müddətinin artırılması üçün danışıqlara başlayıb.
Apasport.az saytına verilən məlumata görə, Rusiya Premyer Liqasında yarışan bir neçə klubdan təklif alan rusiyalı qapıçının “Qarabağ”da qalmaq istəyi yüksəkdir. Lakin o, indi aldığı maaşdan minimum iki dəfə daha artığını istəyir.
Əgər tərəflər arasında maliyyə şərtlərində razılıq əldə olunarsa, o, komandada qalacağını qarşı tərəfə bildirib. Aldığımız məlumata görə ,”Qarabağ” hələ ki, Lunyovdan müqavilə müddətinin 1+1 illik artırılmasının ilkin razılığını alıb. Son anda problem çıxmasa, Andrey yeni sezon üçün də Ağdam klubu ilə müqaviləyə rəsmi şəkildə qol çəkəcək.