“Qarabağ”da itki
13.10.2022 - 22:05
“Qarabağ”da itki

“Qarabağ”ın heyətində itki baş verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Kadi Borqes ikinci hissədə əvəzlənib.

Buna səbəb braziliyalı hücumameyilli oyunçunun birinci hissədə zədələnməsi olub. İlk yarı ərzində axsayaraq mübarizə aparan futbolçu uzun müddət meydanda qalsa da, ikinci hissənin gedişində əvəzlənməli olub. Baş məşqçi Qurban Qurbanov 62-ci dəqiqədə onun yerinə Filip Ozobiçi meydana buraxıb.

Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” matçında hazırda hesab 0:0-dır.
 

writer photo
Əlirza Əlirzalı
0