Yay fasiləsində “Qarabağ”la yollarını ayıran Xayme Romeronun yeni komandası müəyyənləşmək üzrədir.
Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, hücumameyilli futbolçu “Kartagena” ilə müqavilə imzalamağa hazırlaşır.
Bir həftəyə yaxındır Sequnda klubunda baxışda olan 32 yaşlı vinger baş məşqçi Luis Karrionun gözünə girməyi bacarıb. Bugünkü məşqin ardından onunla müqavilə məsələsi müzakirə olunacaq. Tərəflər ortaq məxrəcə gələrsə, Romero ikinci liqa təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Xayme Romero 2019-2022-ci illərdə “Qarabağ”ın formasını geyinib.