“Qarabağ”dan Monteneqro yığmasına
19.09.2022 - 12:44
“Qarabağ”dan Monteneqro yığmasına

“Qarabağ”ın iki futbolçusu Monteneqro millisinə çağırılıb.

Apasport.az saytının məlumatına görə, Marko Veşoviç və Marko Yankoviç yığmanın sentyabr oyunlarına dəvət alıb.

Onlar Millətlər Liqasında Bosniya və Herseqovina və Finlandiya yığmalarına qarşı keçiriləcək matçlar üçün heyətdə yer alıb. Bu qarşılaşmalar ayın 23-də və 26-da baş tutacaq. Veşoviçlə Yankoviçin komandası öncə səfərdə, sonra evdə meydana çıxacaq.

Qeyd edək ki, B liqasının 3-cü qrupunda yer alan Monteneqro 4 matçdan sonra 7 xalla ikincidir.
 

writer photo
Əlirza Əlirzalı
0