"Qarabağ"ın futbolçusuna Ərəbistandan təklif gəlib
20.08.2024 - 11:38
"Qarabağ"ın futbolçusuna Ərəbistandan təklif gəlib

"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə üçün ərəb klublarından təklif gəlib.

Apasport.az saytına verilən məlumata görə, Səudiyyə Ərəbistanı yüksək liqasında çıxış edən klub Axundzadəni transfer etmək istəyir. Hətta bununla bağlı "Qarabağ"a təklif də gəlib. 

Lakin Nəriman özü komandadan ayrılmaq istəməyib. Onun böyük ehtimalla Səudiyyə Ərəbistanına yollanması reallaşmayacaq.

Futbolçu "Qarabağ"da qalıb, bu klubda oynamaq istəyir. Legioner həyatını isə qarşıdakı illərdə Ərəbistanda yox, Avropada yaşamaq istəyir.

Qeyd edək ki, U-21 yığmamızın forvardının “Qarabağ”la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0