“Qarabağ”ın istədiyi futbolçu Çempionşipi seçdi
14.07.2023 - 14:05
“Qarabağ”ın istədiyi futbolçu Çempionşipi seçdi

Ceyson Lokilonun “Qarabağ”a keçidi baş tutmayıb.

Ağdam klubundan apasport.az saytına verilən məlumata görə, transferinin reallaşacağı gözlənilən 24 yaşlı yarımmüdafiəçi karyerasını ölkəmizdə davam etmək istəməyib.

O, öncədən Ağdam klubuna keçidə razılıq versə də, son anda bundan imtina edib. Lokilonu fikrindən daşındıran türkiyəli Acun Ilıcalının sahibi olduğu “Hall Siti”dir. Belçikalı bu klubdan aldığı təklifi geri çevirməyib və Çempionşipdə oynamağa üstünlük verib.

Qeyd edək ki, Lokilo “Kristal Pelas”, “Loryan”, “Sparta”(Rotterdam), “Qurnik”, “Donkaster” kimi klublarında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0