"Qarabağ"ın legioneri həftənin ən yaxşısı adına namizəddir
08.03.2024 - 10:42
"Qarabağ"ın legioneri həftənin ən yaxşısı adına namizəddir

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

Apasport.az xəbər verir ki, siyahıda "Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, "Marsel"in qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0