“Qarabağ”ın rəqibi baş məşqçisini göndərdi, Loran Blanı gətirir
19.09.2022 - 09:40
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Olimpiakos”un baş məşqçisi postuna əsas namizəd müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Yunanıstan klubunun əsas hədəfi Loran Blandır.
56 yaşlı fransalı ilə 2024-cü ilin yayına qədər nəzərdə tutulan və sonradan 1 illik uzadıla biləcək müqavilə imzalanması planlaşdırılıb. O, istefaya göndərilən Karlos Korberanı əvəzləməlidir.
Qeyd edək ki, “Bordo”, PSJ və Fransa millisində işləmiş Blanın son klubu 2020-22-ci illərdə çalışdığı Qətər təmsilçisi “Əl-Rəyyan” olub.
0
0