“Qarabağ”ın rəqibi müəyyənləşdi
22.11.2022 - 16:50
“Qarabağ”ın rəqibi müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 finalın ilk cütü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 1/8 finaldan azad olan “Qarabağ”ın rəqibi müəyyənləşib.

Ölkə çempionunun rəqibi “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında dəqiqləşib. Böyük hesabla qalib gələn “qırmızı-qaralar” Ağdam klubu ilə görüşəcək.

1/4 finalın ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də baş tutacaq. “Qarabağ” - “Qəbələ” cütündə ilk oyun ağdamlıların meydanında təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalın digər cütləri sabah dəqiqləşəcək.
 

writer photo
Əlirza Əlirzalı
0