“Qarabağ”ın yeni transferi: “Yeni tarix yazmağın vaxtı gəldi”
18.07.2022 - 12:56
“Qarabağ”ın yeni transferi: “Yeni tarix yazmağın vaxtı gəldi”

“Tanrım, bu zəfərə görə Sənə təşəkkür edirəm. Çünki Sənin köməyin və dəstəyin olmasaydı, heç vaxt buna nail ola bilməzdim”.

Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın yeni transferi Julio Romaoya məxsusdur.

“Santa Klara”dan Azərbaycan çempionuna transfer olunan braziliyalı yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə bu keçidə münasibətini bildirib. O, yeni uğurlar qazanmaq üçün bu addımı atdığını yazıb: “Yeni hədəflərə çatmağın və yeni tarix yazmağın vaxtı gəldi. Başımı dik tutmuşam, müvəffəqiyyətlə ayrılıram. “Santa Klara”nın bütün oyunçularına, məşqçi heyətinə, rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Siz həmişə mənim yaddaşımda və ürəyimdə olacaqsınız”.

Qeyd edək ki, Julio Romao “Qarabağ”la 4 illik müqavilə imzalayıb.
 

writer photo
Əlirza Əlirzalı
0