Misli Premyer Liqasında oyunları daha çox Üst və Alt ilə nəticələnən komandalar bəlli olub.
Apasport.az saytının məlumatına görə, çempionatın lideri “Qarabağ”ın matçlarında 2 və ya daha çox qolun vurulması adi hala çevrilib.
Qurban Qurbanovun yetirmələri 7 dəfə Üst oynayıb. Ümumiyyətlə liderlər qrupunda qərarlaşan 4 komanda digərlərini qabaqlayır. “Sabah”, “Neftçi” və “Zirə” də lider qədər – 7 dəfə Üst oynayıb. Amma onlar 10 deyil, 11 matça çıxıb.
Liderlərin görüşlərində 2-dən çox qol vurulursa, autsayderlər turnir cədvəlindəki kimi Üst sayında da sonunculardır. “Sumqayıt”la “Şamaxı” daha çox – hərəyə 8 dəfə Alt oynayıb.
klub |
üst |
faizlə |
alt |
faizlə |
Qarabağ |
7 |
70 |
3 |
30 |
Zirə |
7 |
64 |
4 |
36 |
Sabah |
7 |
64 |
4 |
36 |
Neftçi |
7 |
64 |
4 |
36 |
Kəpəz |
6 |
55 |
5 |
45 |
Səbail |
5 |
45 |
6 |
55 |
Qəbələ |
5 |
45 |
6 |
55 |
Turan Tovuz |
4 |
40 |
6 |
60 |
Şamaxı |
3 |
27 |
8 |
73 |
Sumqayıt |
3 |
27 |
8 |
73 |