“Qəbələ”dən qollu sülh
04.10.2023 - 17:56
“Qəbələ”dən qollu sülh

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, Çempionlar yolunda qüvvəsini sınayan “qırmızı-qaralar” I mərhələnin ilk oyununda “Puşkaş Akademiya” ilə qarşılaşıb.

Qəbələ şəhər stadionundakı görüşdə qalib müəyyənləşməyib. Azərbaycan çempionu erkən qolla Macarıstan klubunun qapısına yol tapsa da, üstünlüyünü qoruya bilməyib. Qonaqlar penalti zərbəsi ilə hesaba tarazlıq gətirib – 1:1.

Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də keçiriləcək.

UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
İlk oyun, 4 oktyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan) – 1:1
Qollar: Şahin Şahniyarov, 8 // Adam Umatum, 36 (p.)
Qəbələ şəhər stadionu

writer photo
Əlirza Əlirzalı
0