Qurbanov 2022-ci ildən danışdı
26.12.2022 - 19:11
Qurbanov 2022-ci ildən danışdı

“İlk olaraq, bütün sahələrdə uğur qazanmış idmançılarımızı təbrik etmək istəyirəm”.

Bunu apasportaz saytına açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

50 yaşlı mütəxəssis bitməkdə olan 2022-ci ili dəyərləndirib: “Öz sahəmizə gəldikdə, bizim üçün yaddaqalan illərdən biri oldu. Çox yaxşı oyunlarımız baş tutdu. Baxmayaraq ki, Konfrans Liqasında play-offu adlaya bilmədik. Amma möhtəşəm matçlarımız oldu. Çempionlar Liqasının pley-offuna qədər irəlilədik. Avropa Liqasının qrupunda oynadıq. Həm çempionluq, həm kubok qazanıldı. Ümumilikdə yaddaqalan il oldu. Davamı gəlsin”.

Qurbanov 2022-ci ilin ən yaxşı idmançısı, futbolçusu və oyunu barədə sualı da cavablandırıb: “İdmançı düşünməmişdim. Futbolçu Emin Mahmudova səs vermişdim. Oyunlarımızdan “Sürix”lə İsveçrədəki matçı fərqləndirərdim”.

writer photo
Əlirza Əlirzalı
0