Dünyanın ən dəyərli 10 futbolçusu - ADLAR
18.11.2022 - 18:00
Dünyanın ən dəyərli 10 futbolçusu - ADLAR

Qətərdə keçiriləcək dünya çempionatı öncəsi planetin ən dəyərli futbolçularının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hazırda transfer qiyməti ən yüksək olan oyunçu DÇ-2022-dən kənarda qalan Erlinq Halanddır.

Norveç millisinin forvardı 170 milyon avro ilə qiymətləndirilib. İkinci sırada qərarlaşan fransalı Kilian Mbappe həmkarından 10 milyon aşağı dəyərdə göstərilib. İlk “üçlüy”ü isə Braziliya millisinin hücumçusu Vinisyus Junior qapayıb.

Dünyanın ən dəyərli 10 futbolçusu:

1. Erlinq Haland
Yaşı: 22
Klubu: “Mançester Siti”
Mövqeyi: Hücumçu
Statusu: Norveç vəsiqə qazanmadığı üçün DÇ-2022-dən kənarda qalıb
Transfer dəyəri: 170 milyon avro

2. Kilian Mbappe
Yaşı: 23
Klubu: PSJ
Mövqeyi: Hücumçu
Statusu: DÇ-2022-yə çağırılıb (Fransa)
Transfer dəyəri: 160 milyon

3. Vinisyus Junior
Yaşı: 22
Klubu: “Real”
Mövqeyi: Hücumçu
Statusu: DÇ-2022-yə çağırılıb (Braziliya)
Transfer dəyəri: 120 milyon

4. Fil Foden
Yaşı: 22
Klubu: “Mançester Siti”
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (İngiltərə)
Transfer dəyəri: 110 milyon avro

5-8. Pedri
Yaşı: 19
Klubu: “Barselona”
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (İspaniya)
Transfer dəyəri: 100 milyon

5-8. Cud Bellinqem
Yaşı: 19
Klubu: “Borussiya” (Dortmund)
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (İngiltərə)
Transfer dəyəri: 100 milyon

5-8. Camal Musiala
Yaşı: 19
Klubu: “Bavariya”
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (Almaniya)
Transfer dəyəri: 100 milyon

5-8. Federiko Valverde
Yaşı: 24
Klubu: “Real”
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (Uruqvay)
Transfer dəyəri: 100 milyon

9-10. Qavi
Yaşı: 18
Klubu: “Barselona”
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (İspaniya)
Transfer dəyəri: 90 milyon avro

9-10. Bukayo Saka
Yaşı: 21
Klubu: “Arsenal”
Mövqeyi: Yarımmüdafiəçi
Statusu: DÇ-2022-yə çağırılıb (İngiltərə)
Transfer dəyəri: 90 milyon

writer photo
Əlirza Əlirzalı
0