Ralf Ranqnik: "Konsentrasiya olmuşduq ki, qalib gələk" - MÜSAHİBƏ
16.10.2023 - 22:36
Ralf Ranqnik: "Konsentrasiya olmuşduq ki, qalib gələk" - MÜSAHİBƏ

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla oyunundan sonra mətbuat konfransında iştirak edib. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqda danışıb. O, jurnalistlərin suallarını da cavablandırıb:

"Asan oyun olmadı. Bura hazır gəlmişdik. Azərbaycanın hansı futbola qadir olduöunu bilirdik, son iki oyunlarına baxmışdıq. Bura gələndə Azərbaycanı analiz etmişdik. Asan olmasa da, konsentrasiya olmuşduq ki, qalib gələk. Buna da nail olduq".

- Son dəqiqələrdə futbolçularınız Şahruddin Məhəmmdəliyevin üzərinə şığıdı. Qorxmurdular ki, cavabı başqa cür olar?
- Əgər davanı nəzərdə tutursuzsa, futboldur da, hər vəziyyət ola bilər. Dava da ola bilər. Sona 10 dəqiqə qalmış Saşa sifətinə zərbə almışdı. Bilərəkdən nəsə etmədi.

- Qələbə qazandıqca, oyunçular rahatçılıq hiss edir?
- Oyunçular mahnı oxuyurdular. Qalib gəlməklə, arxayınlaşmırıq, öz üzərimizdə işləməliyik.

- Meydanda hansısa söyüş oldu?
- Meydanda hər şey ola bilər. Bir-birini söyə də, itələyə də bilərlər. Fransa, İspaniya, Belçika ilə görüşlərdə hətta bir-birini söyürdülər. İrəli addım etmək üçün hər üsuldan istifadə etməliyik. Təsnifat mərhələləri çətin olduğu üçün oyunçular özlərindən çıxırlar.

- Azərbaycan çempionu "Qarabağ" Almaniyanın "Bayer" klubu ilə Avropa Liqasında qarşılaşacaq. Sizcə, "Qarabağ" onlardan xal ala bilər?
- Hazırda başqa oyundayıq. "Qarabağ"la maraqlanıprıq, Avstriyada məlumatımız var. Amma indi başqa oyundayıq. "Bayer" indi yaxşı formadadı, Bundesliqada yaxşı nəticələri var. Xal alacaqlar ya, yox vaxt göstərəcək. Yığma ilə bağlı sual varsa, verə bilərsiz. Avstriyada da Azərbaycan klubları izlənilir, "Qarabağ" da tanınır.

- Azərbaycan millisi ilə görüşdə səhvlər olurdu, oyunçularınız toparlana bilmirdi. Fasilədə onlara nəsə dediz?
- Birinci hissədə çalışdıq ki, erkən qol vuraq, amma alınmadı. Azərbaycan yaxşı müdafiə olunurdu. Səhvlər edirdik, toparlana bilmirdik. İkinci hissə başlayan kimi, oyunçulara dedim ki, toparlanmaq lazımdır və ən azı bir qol vurmaq lazımdır. Başlayan kimi qol vurduq. Amma rahatlaşmalı deyilik. İkinci yarıda yenə səhvlər edirdik.

writer photo
Əlirza Əlirzalı
0