Rauf Hüseynlinin yeni komandası bəlli olub
13.08.2024 - 14:41
Rauf Hüseynlinin yeni komandası bəlli olub

“Qarabağ”ın yetirməsi, ötən mövsümü “Qəbələ”də keçirmiş Rauf Hüseynlinin yeni komandasının adına aydınlıq gətirilib.

Apasport.az saytına verilən məlumata görə, müdafiəçi yeni sezona “Kəpəz”də başlayacaq. Artıq tərəflər arasında razılıq əldə edilib.

U-21 yığmamızda kapitan sarğısını daşımış 24 yaşlı müdafiəçi Gəncə təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, “Qarabağ”ın yetirməsi “Zirə”, “Şamaxı”da da oynayıb.

writer photo
Əlirza Əlirzalı
0