Regekampf: “Qarabağ”la matça xüsusi hazırlıq keçməyə lüzum görmürəm" - MÜSAHİBƏ
28.09.2022 - 11:42
Regekampf: “Qarabağ”la matça xüsusi hazırlıq keçməyə lüzum görmürəm" - MÜSAHİBƏ

“Fasilə müddətini bütün futbolçularla birlikdə keçirə bilmədik. Vato hələ yüz faiz hazır deyil, Salomon bu gün Bakıya çatıb, Mahmudov və Eddi İsrafilov da ilk dəfə bu gün məşqə qatılıb”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf klubun televiziya kanalına açıqlamasında deyib.

Rumıniyalı mütəxəssis Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la keçiriləcək səfər oyunu öncəsi komandasının hazırkı durumunu dəyərləndirib: “Fasilə müddətində bəzi çatışmazlıqları aradan qaldırmağa çalışdıq. Bu gün bütün oyunçularla bir yerdə məşq etmək nəzərdə tutulmuşdu. Amma bu alınmadı”.

O, “Qarabağ”la görüşə hazırlaşdıqlarını deyib: “Nəsə xüsusi hazırlıq keçməyə lüzum görmürəm. Motivasiya oyunun daxilindədir. Hamı matça hazırdır”.

- Futbolçular millilərdən yeni gəlib. Bununla bağlı problemi matça qədər yoluna qoymaq mümkün olacaq?
- Bu cür problemlər bütün komandalarda olur. Amma yaxşıdır ki, fasilədən sonrakı ilk oyunun “Qarabağ”a qarşı olması yaxşıdır. Çünki hər iki komanda motivasiyalıdır və qələbə qazanmaq istəyir. Ona görə də millidən qayıdan oyunçularla bağlı problem olmamalıdır.

- Xüsusi hazırlıq görmüsünüz?
- Normalda nəsə hazırlamalıyıq, çünki “Qarabağ”ın yaxşı səviyyəsi var. Hələ iki gün vaxtımız var. Düşünürəm ki, futbolçular matçın mahiyyətini dərk edib, yaxşı çıxış edəcəklər.

Qeyd edək ki, oktyabrın 1-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0