“Çox maraqlı oyuna şahid olduq”.
Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
40 yaşlı mütəxəssis Misli Premyer Liqasının III turunun “Sumqayıt”la ev oyunu barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Ən yaxşı oyunlarımızdan biri idi. Çox sayda qol imkanlarımız oldu. Bu gün rəqibə heç bir şans vermədik. Öz imkanlarımızdan yararlana bilmədik. Təmkin Xəlilzadə və İlkin Muradovun transferə çıxarılmasının detallarına varmayacağam. Hamı şahiddir ki, onlara həmişə etimad göstərmişəm. Hər ikisi yaxşı oyunçudur, onlara uğurlar arzulayıram. Mənim də bir sualım var. Niyə VAR əvvəlki epizoda baxmadı? Təkcə penalti şübhəsi olan vəziyyətə baxılır. Yalnız bizim etirazdan sonra hücumun əvvəlki hissəsinə də nəzər yetirdilər”.
Qeyd edək ki, “Dalğa Arena”dakı qarşılaşmada qol vurulmayıb.