Pedro Netodan yeni rekord
18.02.2024 - 15:02
Pedro Netodan yeni rekord

Pedro Neto adını "Vulverhempton"un tarixinə yazdırıb.

Apasport.az xəbər verir ki, 23 yaşlı vinqer "Tottenhem"lə matçda (2:1) məhsuldar ötürmə edib.

Bu portuqaliyalı futbolçunun 19-cu assisti olub. Bununla da Neto “Vulverhempton”un İngiltərə Premyer Liqasında ən yaxşı məhsuldar ötürmə edən futbolçusu olub.

Qeyd edək ki, "Arsenal", "Liverpul" və "Tottenhem"in maraq dairəsində olan cinah oyunçusu bu mövsüm 19 matçda iştirak edərək, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0