“Şamaxı” – MOİK matçının vaxtı açıqlandı
14.12.2023 - 14:29
“Şamaxı” – MOİK matçının vaxtı açıqlandı

I Liqada XII turun oyun cədvəli müəyyənləşib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Qarşılaşmalara dekabrın 25-də start veriləcək. Turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

25 dekabr (bazar ertəsi)

“İmişli” – “Mingəçevir”
H. Əliyev adına İmişli şəhər stadionu, 14:00

“Araz Saatlı” – “İrəvan”
Saatlı OİK stadionu, 14:00

“Karvan” – “Zaqatala”
Yevlax şəhər stadionu, 14:00

26 dekabr (çərşənbə axşamı)

“Qaradağ Lökbatan” – “Difai Ağsu”
Neftçi Futbol Mərkəzi (IV meydança), 13:00

“Şamaxı” – MOİK
Şamaxı şəhər stadionu, 14:00

writer photo
Əlirza Əlirzalı
0