"Şamaxı"da növbəti ayrılıq
31.05.2024 - 14:19
"Şamaxı"da növbəti ayrılıq

"Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb. 

Apasport.az xəbər verir ki, qış fasiləsində "Difai Ağsu"ya icarəyə verilmiş Əbil Əbilov bölgə təmsilçisi ilə vidalaşıb.

"Şamaxı"ya məxsus müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Premyer Liqaya vəsiqə qazanan klub daha əvvəl Əkpər Vəliyev, Süleyman Damadayev və Elçin Qasmovla müqavilə müddətini artırmayıb.

writer photo
Əlirza Əlirzalı
0