"Səbail" və "Sumqayıt" Türkiyədə yoxlama oyunu keçirəcək
12.01.2024 - 10:46
"Səbail" və "Sumqayıt" Türkiyədə yoxlama oyunu keçirəcək

Türkiyədə təlim-məşq toplanışı keçirən "Sumqayıt" və "Səbail" bu gün yoxlama oyunu keçirəcək. 

Apasport.az-ın məlumatına görə, hər iki komanda Rumıniya klubları ilə üz-üzə gələcək. 

Günün ilk qarşılaşmasında Samir Abasov futbolçularını Superliqada mübarizə aparan “Hermanştadt”la sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da "Fanatik Belek Sport Center"də baş tutacaq.

Növbəti matçda "Səbail" “Universitatya Kluj”la qarşılaşacaq. “İS Santai Hotel”inin meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, hər iki Premyer Liqa təmsilçimiz bu mövsüm ilk oyunlarına çıxacaq. 

writer photo
Əlirza Əlirzalı
0