NHL-də “Ottava Senators” klubunun yeni sahibi müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, milyarder Maykl Endlauer komandanın səhmlərinin 90 faizinə sahib çıxıb.
Razılaşmanın dəyəri 930 milyon avro təşkil edir. Bu, NHL tarixində ən bahalı satış kimi qeydə alınıb. Klubin qalan 10 faiz səhmləri isə əvvəlki sahibkar Yucina Melnikin qızları – Anna və Oliviyada qalıb.
Qeyd edək ki, Endlauer NHL-ın digər təmsilçisi “Monreal”ın sahiblərindən biri idi. Qaydalara görə, onun “Ottava”nı alması üçün həmin səhmlərdən bir hissəsini satmalıdır. Məhz bundan sonra NHL yeni razılaşmanı təsdiq edəcək.
Milyarder “Ottava Senators”u 930 milyona aldı
13.06.2023 - 21:18
0
0