“Səbail” və “Zirə”nin oyunlarının vaxtı dəyişdirildi
23.11.2023 - 13:03
“Səbail” və “Zirə”nin oyunlarının vaxtı dəyişdirildi

Misli Premyer Liqasının XIV turunun  oyun cədvəlində dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

Buna “Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yaranması səbəb olub. Belə ki, “Səbail  klubunun müraciəti əsasında  “Kəpəz”  Klubu PFL tərəfindən məlumatlandırılıb və  əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da  başlanmasına  qərar verilib.

Bundan əlavə, təşkilati məsələlər  ilə bağlı 16-cı turun “Zirə”  - “Araz Naxçıvan”  oyununun startı 18:00-dan 17:00-a keçirilib.
 

writer photo
Əlirza Əlirzalı
0