"Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq
07.07.2024 - 12:00
"Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"la qarşılaşacaq.

Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib. 

Qeyd edək ki, “Sumqayıt” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0