"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb
16.07.2024 - 13:19
"Sumqayıt"ın Macarıstan klubu ilə görüşünə 1500 bilet satılıb

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Sumqayıt" - "Fehervar" (Macarıstan) qarşılaşmasına 1500 bilet satılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, görüş iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Biletlərin qiymətləri sektorlardan asılı olaraq 5, 10 və 25 manatdır.

writer photo
Əlirza Əlirzalı
0