“Telavi”nin futbolçusu “Turan Tovuz”da
13.07.2022 - 13:16
“Telavi”nin futbolçusu “Turan Tovuz”da

Premyer Liqanın debütantı “Turan Tovuz” yay fasiləsində ilk əcnəbi transferini reallaşdırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gürcüstanlı futbolçu İmeda Aşortia bölgə klubunun heyətinə cəlb olunub.

25 yaşlı yarımmüdafiəçi tovuzlularla 1 illik müqavilə bağlayıb. Son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib. 

Qeyd edək ki, “Turan Tovuz” buna qədər Kamal Bayramov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Tərlan Əhmədli, Eltun Turabov, Turan Vəlizadə, Xəyal Nəcəfov, Veysəl Rzayev, Şakir Seyidov və Ehtiram Şahverdiyevi transfer edib.

writer photo
Əlirza Əlirzalı
0