Premyer Liqasının 18-ci turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" oyunu yarımçıq dayandırılıb.
Apasport.az xəbər verir ki, matçın 81-ci dəqiqəsində güclü küləyin təsirindən Tovuz şəhər stadionunda işıq dirəyinin biri aşıb.
Baş verənlərdən sonra futbolçular və hakimlər meydanı tərk ediblər. Görüş sabah saat 12:00-da təxirə salınıb.
Qeyd edək ki, qarşılaşmada "Turan Tovuz" hesabda 2:1 öndə idi. Rəvan Həmzəzadənin idarə etdiyi oyunda meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16-cı dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.