“Turan Tovuz”un qış planı
25.12.2023 - 14:37
“Turan Tovuz”un qış planı

“Turan Tovuz”un qış hazırlıq planı bəlli olub.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Qərblilər mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də  Antalyaya yollanacaq. Lara bölgəsindəki "Ask Lara" otelində məskunlaşacaq “Turan Tovuz” ayın 17-dək burada hazırlığını davam etdirəcək. 

Baş məşqçi Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər və matçların tarixi hələ dəqiqləşməyib. 
 

writer photo
Əlirza Əlirzalı
0