Türkiyə çempionu millimizin hücumçusunu istəyir
24.12.2022 - 22:52
Türkiyə çempionu millimizin hücumçusunu istəyir

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sundan bu qış ayrıla bilər.

Apasport.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, onunla Türkiyə klubları maraqlanır.

Noyabrın 13-də "Riyeka"nı səfərdə 7:2 hesabı ilə darmadağın etdikləri matçda dubl etmiş Emrelinin xidmətində Türkiyə çempionu olmuş "Başakşehir" və "Antalyaspor" maraqlıdır.

Qeyd edək ki, bu ilin fevralında Polşanın "Leqiya" klubundan Xorvatiyanın dəyişməz çempionuna transfer olunmuş Mahir Emreli bu komandada 20 matç keçirib və 5  qol vurub.

writer photo
Əlirza Əlirzalı
0