Türkiyə Futbol Federasiyasında yeni prezident - Rəsmi
18.07.2024 - 19:47
Türkiyə Futbol Federasiyasında yeni prezident - Rəsmi

Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.

Apasport.az xəbər verir ki, sözügedən vəzifəyə üç namizəd olub: Servet Yardımcı, İbrahim Hacıosmanoğlu və əvvəlki prezident  Mehmet  Büyükekşi.

Daha çox səs toplayan İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.

writer photo
Əlirza Əlirzalı
0