“Azərbaycan millisindən təklif gözləmədiyim anda gəldi”.
Apasport.az saytının məlumatına görə, son mövsümü “Ankaragücü”də keçirən Hasan Hüseyin Acar Türkiyə mətbuatına açıqlamasında deyib.
Ən böyük arzusunun “Qalatasaray”ın formasını geyinmək olduğunu söyləyən 28 yaşlı yarımmüdafiəçi 2018-2020-ci illərdə “Kayserispor”da olduğu müddətdə AFFA-dan təklif aldığını söyləyib.
Acar Türkiyə millisində çıxış etmək istədiyindən, Azərbaycanda oynamağa razılıq verməyib: “Durduğum yerdə təklif gəldi. Həmin vaxt Kayseridə təlim-məşq toplanışında idim. Türkiyə millisinin o dönəmdəki baş məşqçisi Şenol Güneş də Kayseriyə gəlmişdi. Söhbət zamanı mənə hər an milliyə çağırıla biləcəyimi söylədi. Mən də bu üzdən Azərbaycan millisində oynamaq təklifini qəbul etmədim. Buna görə peşman deyiləm. Çünki Türkiyə yığmasının formasını geyinmək istəyirəm”.
Qeyd edək ki, “Eskişehirspor”un yetirməsi olan Hasan Hüseyin Acar karyerası ərzində yalnız ölkə daxilində çıxış edib.