U-21 gənclərin Bakı şəhər birinciliyi start götürdü
13.01.2024 - 15:55
U-21 gənclərin Bakı şəhər birinciliyi start götürdü

Cüdo üzrə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı şəhər birinciliyi start götürüb.

Federasiyadan apasport.az-a verilən məlumata görə, yarış Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

Turnirdə 16 çəki dərəcəsində 169 cüdoçu tatamiyə çıxacaq.

Qeyd edək ki, yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

writer photo
Əlirza Əlirzalı
0