UEFA "Qarabağ"a bu qədər pul ödəyəcək
14.08.2024 - 11:19
UEFA "Qarabağ"a bu qədər pul ödəyəcək

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" Avropa futbol qurumundan 5 milyon avro alacaq.

Apasport.az xəbər verir ki, Ağdam klubu III təsnifat mərhələsində Bolqarıstan təmsilçisi "Ludoqorets"i mübarizədən kənarlaşdırmaqla buna nail olub. 

"Qarabağ" növbəti mərhələyə yüksələcəyi təqdirdə UEFA daha 15,6 milyon avro ödəniş edəcək. 

Qeyd edək ki, komandamız doğma azarkeşlər önündə 1:2 məğlub olmuşdu. Razqraddakı cavab qarşılaşmasının əsas vaxtında Ağdam klubu qələbə qazandığından (2:3), əlavə vaxta ehtiyac duyulub. Burada "Ludoqorets"dən güclü olan (0:4) "köhlən atlar" ümumi hesabda (4:8) Bolqarıstan təmsilçisini üstələyərək mərhələ adlayıb.

writer photo
Əlirza Əlirzalı
0