“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə keçirəcəyi cavab oyununa maraq böyükdür.
Apasport.az xəbər verir ki, bu barədə Çexiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, avqustun 23-də “Duşan Arena”da keçiriləcək qarşılaşmanın biletləri qısa müddətdə tükənib. Belə ki, bu gün kassalarda satışa çıxarılan biletlərin hamısı iki saat ərzində alınıb.
Məsələyə münasibət bildirən Plzen klubunun kapitanı Lukaş Heyda bunun komanda daxilində sevinclə qarşılandığını söyləyib: “Biz bu xəbərdən məmnunuq. Şadıq ki, evdə yenidən azarkeşlərin dəstəyinə arxalana biləcəyik”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun sabah Bakıda keçiriləcək.