"Çox, çox vacib bir matç idi. İlk dəqiqədən son dəqiqəyə kimi komanda ruhunu əks etdirdik"
Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/8 final mərhələsində Avstriya seçməsinə 2:1 hesabı ilə qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis Avstriya üzərindəki qələbənin tarixə nəticə olduğunu bildirib: "Çox yorğunuq. Bu matç bizim üçün vacib idi. Bəlkə də ilk oyunlarda komanda oyununu meydanda nümayiş etdirə bilmirdik. Lakin sonadək döyüşdük. Bu qələbə kollektivə əlavə ruh gətirdi. Niderlandla dörd gün sonra üz-üzə gələcəyik. Onlar güclüdür, lakin çox əzmlə çalışdığınız zaman arzularımıza çata bilərsiniz".
Qeyd edək ki, Türkiyə millisi 1/4 final mərhələsində Niderland yığması ilə qarşılaşacaq.