“Vulverhempton”un sabiq müdafiəçisi “Səbail”də
28.09.2023 - 13:18
“Vulverhempton”un sabiq müdafiəçisi “Səbail”də

“Səbail” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Paytaxt təmsilçisi fransalı müdafiəçi Silvayin Deslandeslə müqavilə imzalayıb. 26 yaşlı futbolçu cari mövsümün sonunadək “Səbail”də forma geyinəcək.

Qeyd edək ki, Deslandes karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0