Yekəpər hokkeyçilərin taleyi
10.05.2023 - 22:46
Yekəpər hokkeyçilərin taleyi

NHL-də çıxış edən yekəpər hokkeyçilər dünyadan daha tez köçürlər.

Apasport.az xəbər verir ki, Nyu-Yorkdakı Kolumbiya Universitetinin araşdırılmasından sonra bu nəticə əldə olunub.

Tədqiqatçılar 1967-2022-ci illərdə çıxış edən 6039 hokkeyçinin göstəricilərini araşdırıblar. Əldə olunan nəticəyə görə, kəllə-beyin zərbələrinə məruz qalan yekəpərlər digərlərindən 10 il tez həyatla vidalaşırlar. 

Qeyd edək ki,  doktor Deyv Ellemberq bundan sonra hokkeydə davaların azala biləcəyini ümid etdiyini bildirib.
 

writer photo
Əlirza Əlirzalı
0