Yığma Olimpiadaya hazırlığa başladı
19.07.2022 - 13:36
Yığma Olimpiadaya hazırlığa başladı

Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası paytaxt Bakıda toplanışa başlayıb. 

Apasport.az saytının məlumatına görə, 10 günlük hazırlıqda millinin üzvləri – Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva iştirak edir. 

Milli komandaya Ümumdünya Şahmat Olimpiadasına hazırlıqda Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski, beynəlxalq qrossmeysterlər Nicat Məmmədov, Rəsul İbrahimov, Cahangir Ağarəhimov və Abdulla Qədimbəyli kömək edir.  
Bakıda başlayan toplanış Qalaltıda bir neçə günlük hazırlıqla yekunlaşacaq. 

Qeyd edək ki, 44-cü Ümumdünya Şahmat Olimpiadası Hindistanın Çennay şəhərində keçiriləcək. İyulun 28-də start götürəcək Olimpiada avqustun 10-da yekunlaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0