"Zirə" heyətini gürcü futbolçu ilə gücləndirib
03.08.2024 - 15:48
"Zirə" heyətini gürcü futbolçu ilə gücləndirib

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Apasport.az xəbər verir ki, klub Georgi Papunaşvilini heyətinə qatıb.

Gürcüstanlı yarımmüdafiəçi ilə  1+1 illik müqavilə bağlanılıb. 

Qeyd edək ki, 28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, «Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki”  klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub.

Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfər fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0