"Zirə"də 2 futbolçu əvəzedici heyətə göndərildi
15.08.2022 - 16:52
"Zirə"də 2 futbolçu əvəzedici heyətə göndərildi

“Zirə” iki futbolçusunu transferə çıxarıb.

Apasport.az saytı xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Transferə çıxarılanlar müdafiəçi Təmkin Xəlilzadə və yarımmüdafiəçi İlkin Muradovdur. Baş məşqçi Rəşad Sadıqov artıq onları əsas heyətdən uzaqlaşdırıb. Xəlilzadə və Muradov bu müddətdə əvəzedici komandada olacaqlar.

Qeyd edək ki, İlkin Muradov “Zirə”nin öz yetirməsidirsə, Təmkin Xəlilzadə komandaya ötən ilin yayında “Sabah”dan qayıdıb.

writer photo
Əlirza Əlirzalı
0