Misli Premyer Liqasının 2023/24 mövsümünün ilk yarısında yalnız 4 qapıçı 5 və ya daha çox görüşdə qapısını toxunulmaz saxlayıb.
Apasport.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat verib.
Bildirilib ki, 18 turun rekordçusu Tiaqo Silvadır. “Zirə”nin qolkiperi 9 matçda qol buraxmayıb. Bütün oyunların iştirakçısı olan portuqaliyalı 50 %-lik göstəriciyə imza atıb.
Mehdi Cənnətov ikinci pillədə qərarlaşıb. “Sumqayıt”ın qapıçısı 6 "quru" oyun keçirməyə nail olub.
Digər 2 qolkiperin hesabında 5 belə qarşılaşma var. “Turan Tovuz”un qapıçısı Aydın Bayramov və “Araz-Naxçıvan”ın legioneri Kristian Avram üçüncü sıranı bölüşürlər.