“Zirə”nin rəqibi “Seltik”in futbolçusunu transfer etdi
02.07.2022 - 11:45
“Zirə”nin rəqibi “Seltik”in futbolçusunu transfer etdi

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Təl-Əviv “Makkabi”si növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə İsrail klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Makkabi” “Seltik”in yarımmüdafiəçisi Nir Bitonu heyətinə qatdığını videoçarxla açıqlayıb. İsrail millisinin 31 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da, cavab görüşü isə 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda olacaq.

writer photo
Əlirza Əlirzalı
0