"Sabah" Litvada qələbə qazanıb
26.08.2024 - 22:51
"Sabah" Litvada qələbə qazanıb

Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" klubu Litvada ilk yoxlama matçına çıxıb.

Apasport.az xəbər verir ki, "bayquşlar" hazırlıq görüşündə Almaniyanın "Rostok Sivulvz" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 72:71.

Qeyd edək ki, paytaxt təmsilçisinin hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.

writer photo
Əlirza Əlirzalı
0