Almaniya millisinin martda keçiriləcək yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Apasport.az xəbər verir ki, Hans-Diter Flikin komandası Peru və Belçika milliləri ilə qarşılaşacaq. Qarşılaşmalar martın 25 və 28-də keçiriləcək.
Qapıçılar: Bernd Leno ("Fulhem", İngiltərə), Mark-Andre ter Şteqen ("Barselona", İspaniya), Kevin Trapp ("Ayntraxt");
Müdafiəçilər: Armel Bella-Koçap (“Sauthempton”, İngiltərə), Matias Qinter, Kristian Qünter (hər ikisi “Frayburq”), Tilo Kehrer (“Vest Hem”, İngiltərə), David Raum (“Leypsiq”), Yoşa Vaqnoman (“Ştutqart”) Marius Volf, Niko Şloterbek (hər ikisi “Borusiya” Dortmund);
Yarımmüdafiəçilər/hücumçular: Merim Berişa ("Auqsburq"), Əmre Can ("Borusiya" Dortmund), Niklas Füllkruq ("Verder"), Serj Qnabri, Leon Qoretska, Yozua Kimix, Camal Musyala (hamısı "Bayern"), Mario Qötse ("Ayntraxt"), Kay Haverts ("Çelsi", İngiltərə), Feliks Nmeça ("Volfsburq"), Kevin Şade ("Brentford", İngiltərə), Timo Verner ("Leypsiq"), Florian Virts ("Bayer").