Fransalı müdafiəçi “Milan”da qalmağa qərar verdi
21.09.2022 - 12:51
Fransalı müdafiəçi “Milan”da qalmağa qərar verdi

“Milan” futbolçusu Pyer Kalyulyu ilə müqaviləni uzatmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi onunla yeni anlaşma imzalamaq fikrində olan klubun istəyi ilə razıdır.

Bunu Pyerin özü açıqlayıb. O bildirib ki, “Milan”da qalmağın tərəfdarıdır: “Əgər hər şey indiki kimi getsə, biz titullar qazansaq, mən də start heyətində oynasam, yalnız bir arzum olacaq: “Milan”da qalmaq”.

Qeyd edək ki, 22 yaşlı fransalı 2020-ci ildə “Lion”dan İtaliya klubuna keçib.
 

writer photo
Əlirza Əlirzalı
0