Argentinalılar Messinin ölkə prezidenti olmasını istəyir
27.12.2022 - 20:48
Argentinalılar Messinin ölkə prezidenti olmasını istəyir

Argentina millisinin hücumçusu Lionel Messinin ölkə prezidenti olmaq şansı böyükdür.

Apasport.az xəbər verir ki, Giacobbe y Asociados tərəfindən aparılan sosioloji sorğuya görə, respondentlərin 43,7%-i DÇ-2022-nin ən yaxşı oyunçusuna səs verib. 

37,8%-i onun əleyhinə olub. Digər 17,5% isə “bəlkə” variantını seçib. Qalanları (1%) cavab verməkdən imtina edib və ya “bilmirəm” deyib.

Sorğuda 2500-dən çox argentinalı iştirak edib. Onlar həmçinin qeyd ediblər ki, Lionel Messi onlara sevinc və heyranlıq yaradır.

writer photo
Əlirza Əlirzalı
0