"Bayer" cari Avropa Liqasının rekordunu təkrarlayıb
12.04.2024 - 12:17
Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları baş tutub.
Apasport.az xəbər verir ki, “Bayer Leverkuzen” “Vest Hem”lə (2:0) qarşılaşıb.
Alman klubunun oyunçuları rəqib qapısına 33 dəfə zərbə endirib. Bu, cari Avropa Liqası rekordunun təkrarıdır.
Bundan əvvəlki uğur da “Bayer”ə məxsusdur. Leverkuzenlilər “Qarabağ”la matçda buna nail olub.
0
0