Bir xala sevindirən qol
13.05.2023 - 01:04
Bir xala sevindirən qol

“Latsio” doğma azarkeşləri qarşısında məğlubiyyətdən son anda qurtulub.

Apasport.az saytı xəbər verir ki, A seriyasının növbəti turunda komanda “Leççe” ilə xalları yarıya bölüb.

Son turlarda uğursuz çıxış edən komandaların görüşündə hesabı “Latsio” açıb. Bundan sonra çoxları ev sahiblərinin asan qələbə qazanacağını gözləsə də, Oudin iki qol vuraraq, qonaqları önə keçirib. Romalılar isə əsas vaxta əlavə olunmuş dəqiqələrdə məğlubiyyətdən qaça biliblər.

Qeyd edək ki, Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda yarışan Roma klubu son 5 oyunun üçündə uduzub, birində heç-heçə oynayıb. 

“Latsio” – “Leççe” – 2:2
Qollar:
İmmobile, 34. Saviç-Milinkoviç, 90+4 – Oudin, 45+2; 51.  
 

writer photo
Əlirza Əlirzalı
0