DÇ-2022: Oçoa tarixə düşdü
22.11.2022 - 21:42
DÇ-2022: Oçoa tarixə düşdü

Dünya çempionatının ilk turunda Polşa ilə qarşılaşan Meksika millisinin qapıçısı Gilyermo Oçoa tarixə düşüb.

Apasport.az xəbər verir ki, 37 yaşlı qolkiper matçda polşalı hücumçu Robert Levandovskinin penalti zərbəsini dəf edib.

O, bununla 1966-cı ildən sonra mundiallarda 11 metrlik cərimə zərbəsini qaytaran (penaltilər seriyası xaric) ilk meksikalı qapıçı olub.

Qeyd edək ki, hazırda oyunda hesab açılmayıb.

writer photo
Əlirza Əlirzalı
0